
BAKI, 6 mart. TELEQRAF
Son bir il ərzində Rusiya ordusu Ukraynada zəif templə irəliləyib, torpaqların yalnız kiçik bir hissəsini ələ keçirib, bunun əvəzinə on minlərlə əsgər və beşə qədər diviziyasını itirib. Rusiya bu templə təxminən 118 ildən sonra bütün Ukraynanı ələ keçirə biləcək.
Teleqraf xəbər verir ki, bu barədə "The Atlantic" yazır.
“Təkcə Ukraynanın yox, Rusiyanın da mövqeyi yaxşı deyil. Hər iki tərəf uduzdu”, - təhlildə deyilir.
Analitik Corc Barrosun sözlərinə görə, müharibə o dərəcədə səngiyib ki, hər iki tərəf son aylarda yalnız bir neçə kvadrat kilometr ərazini ələ keçirib:
“Son bir ildə Rusiya sadəcə bir neçə kənd və yalnız iki əhəmiyyətli şəhəri ələ keçirə bilib. Amma bu kiçik uğurlar üçün verilən itkilər hamını şoka salır. Rusiya bu ərazilər uğrunda döyüşlərdə 500 tank, 1000 zirehli transportyor və hər 10 kilometr irəliləyiş üçün təxminən bir diviziya itirib”.