
BAKI, 5 mart. TELEQRAF
Ukrayna ərazilərinin işğalına qarşıyıq, amma Rusiya ilə danışıqların aparılmamasının da əleyhinəyik.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hasan Basri Yalçın deyib.
“Ukrayna ərazilərinin işğalına qarşıyıq, amma Rusiya ilə danışıqların aparılmamasının da əleyhinəyik. Bu gün Ukraynada baş verənlərlə bağlı Avropanın edə biləcəyi heç nə yoxdur. Ukraynada müharibə bitsə belə, artıq Avropanın şərq sərhədləri təhlükəsiz deyil”, - partiya rəsmisi vurğulayıb.