BAKI, 8 noyabr. TELEQRAF
İspaniya Sequndasında çıxış edən “Seuta” klubu baş məşqçisi Xose Xuan Romero ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, buna komandanın cari mövsümdəki uğursuz nəticələri səbəb olub.
“Seuta” İspaniya Sequndasının turnir cədvəlində 13 turdan sonra 5 xalla sonuncu – 22-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 13 oyunun yalnız birində qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə məğlub olub
Qeyd edək ki, Xose Xuan Romero “Seuta”dakı ikinci məşqçilik dövrünə 2022-ci il sentyabrın 20-də başlayıb. O, 2019–2021-ci illərdə də bu klubun baş məşqçisi olub.