BAKI, 8 noyabr. TELEQRAF
“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birliyinin, milli iradəsinin və qəhrəmanlığının təntənəsidir”.
Teleqraf xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Ordumuzun misilsiz şücaəti sayəsində tarixi ədalət bərpa olunub, torpaqlarımız işğaldan azad edilib:
“Bu qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Zəfər Günümüz mübarək!”