BAKI, 16 fevral. TELEQRAF

Münhendə keçirilən görüşdə Çinin xarici işlər naziri Vanq Yi Almaniya kansleri Olaf Şolts ilə Ukrayna münaqişəsinin həllini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tarazlaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik strukturunun qurulması imkanlarını araşdırmaq, uzunmüddətli sülh sazişinə nail olmaq, Avropada uzunmüddətli sülh və təhlükəsizliyi təmin etmək lazımdır”, - Çinin xarici işlər naziri deyib.

Vanq Yi bildirib ki, Pekin bu məsələdə Almaniyaya və digər maraqlı tərəflərə hərtərəfli dəstək verməyə hazırdır.