BAKI, 14 fevral. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukrayna üzrə uğurlu razılaşma əldə olunarsa, Rusiya ilə münasibətlərin bərpasını təklif edib.

Teleqraf xəbər verir ki, vitse-prezident çoxları üçün gözlənilməz anlaşmanının olacağını söyləyib.

Vens bildirib ki, Donald Tramp administrasiyası Rusiyanı müharibəni davam etdirməkdənsə, danışıqlar masası arxasında daha çox şeyə nail olacağına inandırmağa çalışacaq.

“Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar çoxlarını şoka salacaq razılaşmaya gətirib çıxaracaq”, - ABŞ rəsmisi bildirib.