BAKI, 9 fevral. TELEQRAF
Almaniya Amerika lideri Donald Trampı gözləmədən Rusiya-Ukrayna münaqişəsinə son qoymağa çalışmalıdır.
Teleqraf xəbər verir ki, bunu "T-Online"a müsahibəsində Almaniya kansleri vəzifəsinə namizəd Sara Vaqenknext deyib.
Onun fikrincə, münaqişə yalnız danışıqlar yolu ilə həll edilə bilər. O əlavə edib ki, Ukrayna tərəfi əraziləri qaytara bilməyəcək, ona görə də cəbhə xəttindəki mövcud atışmaları dayandırmağa çalışmaq lazımdır.