BAKI, 7 avqust. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla görüşüb.
Teleqraf "Armenpress"ə istinadən xəbər verir ki, görüş Qırğızıstanın Çolpon-Ata şəhərində baş tutub.
Qırğızıstan lideri Paşinyanı seçkilərdə qalib gəlməsi və yenidən Baş nazir olması münasibətilə təbrik edib. O, Nikol Paşinyanın Qafqazda sülh yaratmaq üçün etdiyi cəhdləri bəyəndiyini və iki ölkə arasında dostluğun daha da güclənəcəyinə inandığını deyib.
N. Paşinyan isə öz növbəsində isti qarşılanmaya görə təşəkkür edib.
O, Qırğızıstanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə həmkarını təbrik edib və ölkənin qazandığı uğurların göz qabağında olduğunu bildirib.