BAKI, 7 avqust. TELEQRAF

“Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) ümumi büdcəsinə aldığı vəsaitlərdən daha çox vəsait köçürüb”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan AİB Hökumətlərarası Şurasının Bişkekdə keçirilən iclasında deyib.

“Ermənistan 2025-ci ildə Ermənistan AİB-nin ümumi gömrük büdcəsinə təxminən 319 milyon ABŞ dolları köçürüb. Həmin dövrdə isə Ermənistanın xeyrinə ayrılan ümumi vəsait təxminən 170 milyon ABŞ dolları təşkil edib. yəni Ermənistan AİB-nin ümumi büdcəsinə aldığı vəsaitdən daha çox vəsait ödəyib”, - Baş nazir bildirib.