BAKI, 6 avqust. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfərlə Qırğızıstana gedib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, hökumət başçısı Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək.