BAKI, 28 iyul. TELEQRAF

“Joqorku Keneş (parlament) Qırğızıstanda xaricilərə torpaq satşına və ya verilməsinə icazə verən qanunu qəbul etməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan parlamentinin sədri Marlen Mamataliyev deyib.

Spiker müzakirə olunan qanun layihəsini şərh edərkən bildirib:

“Nə Prezident (Sadır Japarov), nə Joqorku Keneş, nə də xalq buna icazə verəcək. Qırğızıstan torpağının bir metri belə başqa dövlətə verilməyəcək”.

Mamataliyevin sözlərinə görə, sənəd hələ parlamentə təqdim edilməsə də, artıq onun məzmununu nəzərdən keçirib.

Qeyd edək ki, Qırğızıstan Nazirlər Kabineti bundan əvvəl dövlət mülkiyyətində olan torpaq sahələrinin ayrılması proseduruna dəyişikliklər layihəsini ictimai müzakirəyə təqdim etmişdi.