BAKI, 30 aprel. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Teleqraf xəbər verir ki, görüş zamanı dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin may ayının sonunda Astanaya planlaşdırılan rəsmi səfərinin əhəmiyyətinə toxunub.

Prezident bu səfərin iki ölkə arasındakı münasibətlər baxımından həlledici rol oynayacağını vurğulayıb:

"Mən Vladimir Putinin may ayının sonundakı səfərini ilin əsas hadisəsi kimi nəzərdən keçirirəm. Əminəm ki, bu səfər ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin dərinləşməsində mühüm mərhələ olacaq".