BAKI, 30 aprel. TELEQRAF

Bu gün Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddinlə Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Beate Maynl-Rayzinger arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, söhbət zamanı nazirlər Tacikistan və Avstriya arasında qarşılıqlı maraq doğuran sahələr üzrə faydalı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələlərini nəzərdən keçiriblər.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq və regiondakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıblar.