BAKI, 23 aprel. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ATƏT-in baş katibi Feridun Sinirlioğlunu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev və Feridun Sinirlioğlu regional və regionlararası gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıb.