BAKI, 18 mart. TELEQRAF

Prezident Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası Prezidenti yanında Ailə Məsələləri üzrə Müvəkkil İnstitutunun yaradılması haqqında” fərman imzalayıb.

Teleqraf xəbər veri ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, ailə məsələləri üzrə ombudsman (və ya müvəkkil) institutu Qazaxıstanda insan hüquqlarının qorunmasını gücləndirmək, ailə institutunu möhkəmləndirmək və dövlət ailə siyasətini təkmilləşdirmək məqsədilə yaradılır. Ombudsman öz fəaliyyətini Prezident yanında Qadın Məsələləri və Ailə-demoqrafik Siyasət üzrə Milli Komissiyanın tərkibində, sədr müavini kimi ictimai əsaslarla həyata keçirəcək.

Qazaxıstan hökumətinə bu fərmandan irəli gələn tədbirləri həyata keçirmək tapşırılıb, icraya isə Prezident Administrasiyası nəzarət edəcək.

Fərman imzalandığı gündən qüvvəyə minib.