BAKI, 17 mart. TELEQRAF

Özbəkistan hökuməti Türkmənistan vasitəsilə bir neçə yük maşını ilə İrana humanitar yardım çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yükə qida məhsulları - un, düyü, şəkər, makaron, günəbaxan yağı və konservləşdirilmiş məhsullar, eləcə də dərman və tibbi ləvazimatlar daxildir.

Humanitar yardımı qəbul edən İran rəsmiləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə humanitar yardım və xalqa göstərilən diqqətə görə təşəkkür ediblər.