BAKI, 17 mart. TELEQRAF
Pakistan Baş naziri Şahbaz Şərif Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı referendumunun uğurla keçirilməsi münasibətilə Prezident Kasım-Jomart Tokayevi təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Kasım-Jomart Tokayev və Şahbaz Şərif iki ölkə arasında strateji tərəfdaşlığın müsbət dinamikasından məmnunluqlarını da bildiriblər.
Qazaxıstan Prezidenti və Pakistan Baş naziri regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıb.