BAKI, 6 mart. TELEQRAF

“Qazaxıstan beynəlxalq hüquq və BMT Nizamnaməsini müdafiə etməyə davam edəcək, amma bizim milli qanunvericiliyimizi məhdudlaşdıran Konstitusiyamız ola bilməz”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Həmişə beynəlxalq hüquq və BMT Nizamnaməsinin əsasını təşkil edən prinsipləri müdafiə etmişik və edəcəyik. Bu, Qazaxıstanın prinsipial mövqeyidir. Amma dövlətimiz milli qanunvericiliyi məhdudlaşdıran və onu ikinci plana keçirən müddəalar olan Konstitusiyaya sahib ola bilməz. Bu, həm də müstəqillik və suverenlik məsələsidir”, - o bildirib.

Tokayev qeyd edib ki, ölkənin qüvvədə olan Konstitusiyası Qazaxıstanın əldə etdiyi bütün uğurların təməl daşı olub: “Bu, Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayev sayəsində mümkün olub”.

Prezident yeni Konstitusiyanın qəbulunu “zamanın tələbi” adlandırıb.

Qeyd edək ki, Qazaxıstanda yeni Konstitusiya üzrə referendum martın 15-nə təyin edilib.