BAKI, 4 mart. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazir, hüquq-mühafizə və digər müvafiq orqanların rəhbərlərinə vacib infrastrukturun təhlükəsizliyini artırmaq üçün səyləri gücləndirməyi tapşırdı.
Teleqraf xəbər verir ki, bu barədə onun mətbuat katibi Aybək Smadiyarov məlumat verib.
“Dövlət başçısı Kasım-Jomart Tokayev baş nazir, hüquq-mühafizə orqanları, Samruk-Kazına Milli Rifah Fondu, yerli şirkətlərin rəhbərləri və regional akimlərə (administrasiya rəhbərlərinə - red.) hava, dəniz və və çay limanları da daxil olmaqla, həyati əhəmiyyətli infrastruktur, nəqliyyat, enerji və kommunal xidmətlərin təhlükəsizliyini təmin etmək üçün səyləri gücləndirməyi tapşırıb”, - o deyib.
Smadiyarov əlavə edib ki, bu işə nəzarət Qazaxıstan Təhlükəsizlik Şurasının katibinə həvalə edilib.