BAKI, 3 mart. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev daxili işlər naziri Yerjan Sadenovu qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan liderinə ölkədə cinayətkarlıqla bağlı durum və ictimai təhlükəsizlik və asayişin təmin edilməsi ilə əlaqədar əvvəlki tapşırıqlarının icrasının gedişi barədə məlumat verilib.

Yerjan Sadenov bildirib ki, Qazaxıstanda cinayətkarlığın səviyyəsi bu ilin ilk iki ayında 8 faiz azalıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 min cinayət hadisəsinin az olması deməkdir. Əsas cinayət kateqoriyaları üzrə göstəricilər də azalıb.

Kaşım-Jomart Tokayev qəbulun sonunda ölkədə ictimai təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini daha da gücləndirmək məqsədilə bir sıra konkret tapşırıqlar verib.