BAKI, 17 fevral. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə işgüzar səfərdə olan Böyük Britaniyanın Mərkəzi Asiya və Azərbaycan üzrə ticarət nümayəndəsi Lord Con Olderdeysi qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıbş

Görüşdə Özbəkistanla Böyük Britaniya arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Siyasi dialoqun sürətlə inkişaf etdiyi, bütün səviyyələrdə mübadilələrin fəal şəkildə davam etdiyi və təhlükəsizlik sektorunda effektiv əməkdaşlıq qurulduğu bildirilib.

Vurğulanıb ki, son 5 ildə ticarət dövriyyəsi ikiqat artıb. Söhbət zamanı enerji, maliyyə, geologiya, nəqliyyat, kimya, əczaçılıq, elm və təhsil sahələrində yeni layihələrin təşviqinin vacibliyi də vurğulanıb.

Həmçinin regional və qlobal əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə yol xəritəsinin qəbul edilməsi barədə razılığa gəlinib.