BAKI, 19 yanvar. TELEQRAF
Özbəkistan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Qəzza zolağının idarə olunması məqsədilə yaradılan Sülh Şurasına təsisçi dövlət qismində qoşulmağa hazır olduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev amerikalı həmkarına ünvanladığı cavab məktubunda bildirib.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ABŞ Prezidenti Donald Trampdan Yaxın Şərqdə sülhün möhkəmləndirilməsi və münaqişələrin tənzimlənməsinə yönəlmiş beynəlxalq təşəbbüsə qoşulmaqla bağlı rəsmi dəvət daxil olub. Dövlətimizin başçısı amerikalı həmkarına ünvanladığı cavab məktubunda Özbəkistanın Sülh Şurasına təsisçi dövlət kimi qoşulmağa hazır olduğunu ifadə edib”, - Mirziyoyevin mətbuat katibi Şerzod Asadov sosial mediada yazıb.