BAKI, 31 dekabr. TELEQRAF
“Xüsusi hərbi əməliyyatın döyüşçüləri doğma torpaqları, həqiqət və ədalət uğrunda vuruşurlar”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa Yeni il müraciətində deyib.
Rusiya lideri müraciətində Rusiya ordusunun döyüşdüyü Ukrayna ərazilərini “rus döyüşçülərinin doğma torpaqları” adlandırıb:
“Siz doğma torpağınız, həqiqət və ədalət uğrunda mübarizə aparmaq məsuliyyətini öz üzərinizə götürmüsünüz. Rusiyada milyonlarla insan bu Yeni il gecəsində sizinlədir. Onlar sizi düşünür, sizə rəğbət və ümid bəsləyirlər”.
Vladimir Putin əlavə edib ki, ruslar Rusiyanın müharibədə qələbəsinə inanırlar.