BAKI, 30 dekabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ukraynadan Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına iddia olunan dron hücumunu pisləyib, bunu “uzunmüddətli sülhə nail olmaq səylərinə təhdid” adlandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Mirziyoyevlə Putin arasında telefon danışığından sonra Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat verib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib.