BAKI, 29 dekabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2025-ci ildə 28 ölkəyə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Başa çatan il ərzində Özbəkistana yüksək səviyyədə 23 səfər edilib. Bu çərçivədə 7 dövlət, 17 rəsmi və 27 praktiki səfər təşkil olunub.
Özbəkistan dövlət başçısı bu il təxminən 20 beynəlxalq tədbirə qatılıb, ölkəsi isə 10 beynəlxalq tədbirə ev sahibliyi edib.
Daşkənd 2025-ci ildə regional əməkdaşlıq və davamlı inkişafa yönəlmiş təxminən 100 təşəbbüs irəli sürüb.