BAKI, 19 dekabr. TELEQRAF

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Tokioya işgüzar səfəri zamanı Yaponiya İmperatoru Naruxito ilə görüşüb.

Teleqraf xəbər verir ki, Sərdar Berdiməhəmmədov ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün dialoqun vacibliyini bildirib.

Tərəflər yüksək texnologiyalar, bərpaolunan enerji, informasiya həlləri və davamlı inkişaf sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Türkmənistan Yaponiyanın ətraf mühitin təhlükəsizliyi, yaşıl enerji və su ehtiyatlarının idarə olunması sahəsindəki təcrübəsinə xüsusi maraq göstərib. Bundan əlavə, onlar elm, təhsil, mədəniyyət və akademik mübadilə sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.