Qırğızıstan Prezidenti Sadır Japarov ölkəyə işgüzar səfəri çərçivəsində Yaponiya İmperatoru Naruxito ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq gündəm müzakirə olunub.

Görüşün sonunda Sadır Japarov səmimi qəbula görə İmperator Naruxitoya təşəkkürünü bildirib və onu münasib vaxtda Qırğızıstana səfər etməyə dəvət edib.

Qırğızıstan liderinin səfəri I Mərkəzi Asiya+Yaponiya Zirvəsi ilə əlaqəlidir.