BAKI, 18 dekabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Yaponiyaya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Səfər proqramına əsasən, Prezident Mirziyoyevin Tokioda Yaponiya İmperatoru Naruxito və Baş nazir Sanae Takaiçi ilə görüşləri planlaşdırılıb.

Özbəkistan Prezidenti Tokioda keçiriləcək II Mərkəzi Asiya + Yaponiya Zirvəsində də iştirak edəcək.