BAKI, 12 dekabr. TELEQRAF
“İki tarixi bölgəmizin davam edən (Rusiya) işğalı fonunda Gürcüstan sülhü təkcə siyasi seçim deyil, həm də mövcudluq prioriteti hesab edir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda bildirib.
“Bu gün qlobal birlik geosiyasi gərginliklərdən silahlı münaqişələrə, iqlim dəyişikliyi və iqtisadi qeyri-sabitliyə qədər mürəkkəb problemlərlə üzləşib. Bu kontekstdə sülh və etimad prinsipləri qlobal sabitliyin təmin edilməsi üçün ən vacib vasitələrdir. İki tarixi bölgəmizin (Abxaziya və Cənubi Osetiya) işğalının davam etməsi reallığı qarşısında Gürcüstan sülhü təkcə siyasi seçim deyil, həm də mövcudluq prioriteti hesab edir”, - baş nazir qeyd edib.
bool(false)