BAKI, 11 dekabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Türkmənistana səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

İrakli Kobaxidze dekabrın 12-də Türkmənistanın daimi bitərəfliyinin 30-cu ildönümü münasibətilə keçiriləcək Beynəlxalq Sülh və Etimad İlinə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək.

Gürcüstan Baş naziri plenar iclasda çıxış edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər planlaşdırılır.

İrakli Kobaxidze Türkmənistana xarici işlər naziri Maka Boçorişvili və Baş nazir Administrasiyasının rəhbəri Levan Jorjolianinin də daxil olduğu nümayəndə heyəti ilə gedib.