BAKI, 1 dekabr. TELEQRAF
Aida Balayeva Qazaxıstan baş nazirinin müavini, mədəniyyət və informasiya naziri təyin edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısının sərəncamı ilə Aida Qalımqızı Balayeva Qazaxıstan Respublikası Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri vəzifəsinə təyin edilib”, - məlumatda deyilir.