BAKI, 25 noyabr. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Qırğızıstanın ölkəsindəki səfiri Maksat Mamitkanov ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə ölkələr arasında mövcud siyasi-iqtisadi əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Son illər Gürcüstan və Qırğızıstan arasında ikitərəfli ticarətin müsbət dinamikası və bu istiqamətdə mövcud potensialdan tam istifadənin vacibliyi vurğulanıb.

Görüşdə həmçinin Qırğızıstanın regional əhəmiyyətli layihələrdə iştirakı və Gürcüstanın tranzit imkanları ətrafında fikir mübadiləsi aparılıb.