BAKI, 8 noyabr. TELEQRAF

“Novaya Zemlya arxipelaqında yerləşən Rusiya poliqonu ölkə rəhbərliyinin müvafiq qərarı halında nüvə sınaqlarını bərpa etməyə tam hazır vəziyyətdə saxlanılır”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin keçmiş rəisi general-polkovnik Vladimir Verxovtsev bildirib.

“Novaya Zemlya poliqonu artıq bir neçə ildir nüvə sınaqlarının bərpasına tam hazırdır”, - o deyib.

Verxovtsev əlavə edib ki, poliqonun tam hazır olması yaxın vaxtlarda sınaqların keçiriləcəyi demək deyil, hər şey Rusiya Prezidenti Vladimir Putinin göstərişlərindən asılı olacaq.

Rusiya lideri bundan əvvəl dəfələrlə bəyan edib ki, ABŞ nüvə sınaqlarına hazırlaşır, Vaşinqton bu addımı atarsa, Moskva da eyni addımı atacaq.