BAKI, 21 oktyabr. TELEQRAF
ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner Rusiyada səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Uitkoff və Kuşnerin bu gün Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
ABŞ prezidentinin xüsusi nümayəndələri dünən Norveçdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüblər.