BAKI, 23 oktyabr. TELEQRAF

Məşhur yapon yazıçısı Ryu (Ryunosuke) Murakami 74 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Gentosha” məlumat yayıb.

Mənbə Murakaminin oktyabrın 17-də evində vəfat etdiyini bildirib.

Əlavə məlumat verilməyib.

Murakami həyatı boyu 40-dan çox roman yazıb. Ən məşhur əsərləri arasında “Mavi rəngin bütün çalarları”, “Anbar kamerasının uşaqları” və “Miso şorbası” yer alır. Ədəbiyyat tənqidçiləri onu müharibədən sonrakı Yaponiya ədəbiyyatının radikal simalarından biri hesab edirlər. Həmçinin çoxsaylı ədəbi mükafatların laureatıdır.

Murakaminin tez-tez qarışdırıldığı məşhur adaşı Haruki Murakami də var. Haruki Murakami “Qoyun ovu”, “Norveç meşəsi”, “Kafka sahildə” və digər əsərlərin müəllifidir.

Haruki Murakami bu ilin əvvəlində səhhətində yaranan problemlər və xəstəxanaya yerləşdirilməsi barədə danışıb. O, həyatında ilk dəfə müalicə məqsədilə xəstəxanada yatdığını bildirib. Yazıçının sözlərinə görə, xəstəxanaya yerləşdirilməsi ona bədii əsərlər yazmağa davam etmək üçün yeni həvəs verib.