BAKI, 21 oktyabr. TELEQRAF

Kreml Avrasiya İqtisadi Birliyi (AİB) Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabatı hələ nəzərdən keçirməyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, hələlik yox”, - Peskov yerli medianın Kremlin hesabatı artıq nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualına cavab olaraq deyib.

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın Avrasiya Hökumətlərarası Şurasındakı nümayəndələri dünən Avrasiya İqtisadi Birliyi Müqaviləsinin Ermənistan üçün dayandırılmasının mümkün nəticələri barədə hesabat təqdim ediblər.