BAKI, 21 oktyabr. TELEQRAF

Rusiyadan ABŞ-yə dizel yanacağı daşıyan ilk tanker oktyabrın 22-də göndəriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

Tankerin tutumu 40 min tondur. Novak qeyd edib ki, Rusiya öz imkanları daxilində ABŞ-nin dizel yanacağına olan tələbatını ödəyəcək və yaxın gələcəkdə digər tankerlər də göndəriləcək.