BAKI, 15 oktyabr. TELEQRAF

Qırğızıstan Müdafiə Nazirliyi orduda “dedovşina”ya görə cəzaları sərtləşdirir.

Teleqraf xəbər verir ki, Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləyə dəyişiklik layihələri ictimai müzakirəyə çıxarılıb.

Düzəlişlər orduda “dedovşina”ya görə cəzaları sərtləşdirmək və nizamnamə qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi daşıyır.

Sənəd həmçinin sanksiyaların sərtləşdirilməsini, habelə həbs müddətinin beş gündən on günə qədər artırılmasını və islahedici olmayan əsaslarla işlərə xitam verilməsini nəzərdə tutur.

Düzəlişlər hərbi qulluqçular arasında mövcud olan “dedovşina” və intizam pozuntuları ilə bağlı Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin (DTX) göstərişi ilə hazırlanıb.