BAKI, 14 oktyabr. TELEQRAF
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayevi qəbul edib.
Teleqraf xəbər verir ki, görüş zamanı Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin əsas mövzuları müzakirə edilib, əməkdaşlığın mümkün yeni istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
İki ölkənin regional proqramlarda iştirakı, həmçinin Avrasiya İqtisadi Birliyi və MDB platformalarında əməkdaşlığın əhəmiyyətinə də toxunulub. Ermənistan baş nazirinin müavini və Qazaxıstan səfiri ticarət və iqtisadiyyat, rəqəmsallaşma, mədəniyyət və təhsil sahələrində əlaqələrin inkişafı üçün mövcud potensialı və iki dost ölkənin bunu reallaşdırmağa hazır olduğunu vurğulayıb.