BAKI, 6 oktyabr. TELEQRAF

Prezident Şavkat Mirziyoyev Özbəkistanda süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı təqdimata baxıb .

Teleqraf xəbər verir ki, iqtisadi-sosial sektorlarda süni intellekt layihələrinin həyata keçirilməsinə 50 milyon dollar ayrıldığı bildirilib.

Səhiyyə, təhsil, kənd təsərrüfatı, enerji, nəqliyyat, ekologiya və maliyyə sahələrini əhatə edən 86 layihə formalaşdırılıb.

Hazırda süni intellektin tətbiqi üçün lazım olan hesablama imkanlarının yaradılması üçün superkompüter klasterinin yaradılması üzrə işlər aparılır.

Şavkat Mirziyoyev süni intellektin sürətləndirilmiş inkişafı üçün qabaqcıl təcrübələrin mənimsənilməsi barədə göstəriş verib. Süni intellekt sahəsində müasir hesablama imkanlarının yaradılması, məlumat mərkəzlərinin qurulması, ona sərmayə yatırmaq istəyən sahibkarlar üçün cəlbedici mühitin yaradılması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ötən il Özbəkistanda 2030-cu ilə qədər Süni İntellektin İnkişafına dair Strategiya qəbul edilib və Rəqəmsal Texnologiyalar Nazirliyinin nəzdində xüsusi mərkəz yaradılıb.