BAKI, 3 oktyabr. TELEQRAF

Dekabrda Aşqabbada keçiriləcək Sülh Forumuna Ermənistan da dəvət olunub.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistanın Ermənistandakı səfiri Muhammetgeldi Ayazov məlumat verib.

“Dekabrın 12-də Aşaqabbada yüksək səviyyəli Beynəlxalq Sülh və Etimad İli Forumu keçiriləcək. Ermənistan Respublikasının rəhbərliyi də bu tədbirə dəvət olunub və biz onların iştirakını səbirsizliklə gözləyirik. Bu, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsində mühüm addım olacaq”, - səfir Türkmənistanın müstəqilliyinin 34-cü ildönümü ilə bağlı Ermənistan KİV-ə müsahibəsində bildirib.