BAKI, 2 oktyabr. TELEQRAF
Özbəkistan və ABŞ 3-4 milyard dollar dəyərində enerji layihələri üzrə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov məlumat verib.
Nazir ABŞ-nin iri şirkətlərinin Özbəkistan iqtisadiyyatına sərmayə qoymaqda maraqlı olduqlarını bildirib.
Qeyd edək ki, sentyabrın 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Nyu-Yorkda amerikalı iş adamları ilə görüş keçirib. Dövlət başçısı orada şirkət rəhbərlərinə Özbəkistanın potensialı barədə məlumat verib. Bundan sonra Özbəkistanın dövlət təşkilatları və özəl şirkətləri ABŞ şirkətləri ilə əməkdaşlığa dair 10 müqavilə imzalayıb.