BAKI, 30 sentyabr. TELEQRAF

Qırğızıstan Baş naziri Adılbek Kasıməliyev Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə ikitərəfli ticarətin və investisiyaların artırılması, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi üzrə praktiki addımlar müzakirə edilib.

Qırğızıstan və Belarus arasında həm ikitərəfli, həm də KTMT, MDB, Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq qeyd olunub.

Tərəflər münasibətlərin son illərdə yeni sürət qazandığını, ticarət və humanitar əlaqələr üçün əlavə imkanlar açdığını vurğulayıblar.