BAKI, 29 sentyabr. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrın 29-dan qısamüddətli iş məzuniyyətinə çıxıb.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Özbəkistan lideri sonuncu dəfə 2025-ci il yanvarın 6-da qısamüddətli iş məzuniyyətində olub.
Bundan əvvəl isə ötən il iyulun 26-da məzuniyyətə çıxıb, avqustun 5-də işə qayıdıb. Əvvəllər 2024-cü il aprelin 22-dən 29-dək məzuniyyətdə olub.