BAKI, 26 sentyabr. TELEQRAF
Yerjan Aşıkbayev Qazaxıstan Respublikasının ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Prezidenti ABŞ-də səfərdə olub. Səfəri çərçivəsində o, ABŞ Prezidenti Donald Trampla görüşüb.