BAKI, 24 sentyabr. TELEQRAF

“Mərkəzi Asiyada qapalı sərhədlər və münaqişələr dövrü keçmişdə qalıb”.

Teleqraf xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev deyib.

“Səkkiz il əvvəl Mərkəzi Asiyanı sülh, mehriban qonşuluq və tərəfdaşlıq məkanına çevirməkdə qəti qərarlı olduğumuzu bəyan etmişdik. Bu gün dərin məmnunluqla deyə bilərəm ki, biz bu strateji məqsədə nail olmuşuq. Qapalı sərhədlər, həll olunmamış mübahisələr və münaqişələr dövrü keçmişdə qalıb”, - prezident qeyd edib.

Ş.Mirziyoyev əminliklə qeyd edib ki, bu gün yeni Mərkəzi Asiyanın formalaşması prosesi başlayıb:

“Regionumuz öz birliyi və sabitliyi ilə beynəlxalq münasibətlər sistemində ayrıca bir qurum kimi möhkəm yer tutur”.