BAKI, 23 sentyabr. TELEQRAF

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Ağ Evə birbaşa müraciət yolu açıqdır, Prezident Donald Tramp onu Vaşinqtonda gözləyir”.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serjio Qor Nyu-Yorkda Şavkat Mirziyoyevlə görüşündə bildirib.

“Mən Prezident Trampın xüsusi nümayəndəsiyəm. İndicə cənab Trampla danışdım. Bu səhər o, məndən sizinlə görüşməyimi istədi. Prezident Trampın mənə dediyi ilk şey sizinlə söhbət etməkdən zövq alması oldu. O, sizə səmimi salamlarını göndərdi”, - Qor deyib.

Xüsusi nümayəndə Şavkat Mirziyoyevə məlumat verib ki, Donald Tramp onu Vaşinqtonda gözləyir.