BAKI, 5 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Aleksey Yerxovu Türkiyədə səfir vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, Rusiya prezidenti məsələ ilə əlaqədar müvafiq fərman imzalayıb.

V.Putinin bir başqa fərmanı ilə Oleq Malqinov Rusiyanın Türkiyədəki səfiri təyin edilib.

Qeyd edək ki, geri çağırılan 64 yaşlı A.Yerxov 2017-ci ildən bu vəzifəni tuturdu.