BAKI, 1 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Ukrayna ilə ölkəsi arasındakı münaqişənin nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmindir.

Teleqraf xəbər verir ki, o, bu fikri Çinin Tyancin şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.

“Biz türk dostlarımıza Ukrayna böhranının həlli istiqamətində siyasi və diplomatik səylərə əhəmiyyətli töhfələrinə görə minnətdarıq. Bu ilin may ayından etibarən İstanbul platformasında birbaşa Rusiya-Ukrayna danışıqlarının üç raundu artıq keçirilib və bu, humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləməyə imkan verib.

Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq”, - Rusiya lideri bildirib.