BAKI, 29 may. TELEQRAF

“Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) qoşunları Kursk vilayəti uğrunda sanki öz torpaqları uğrunda döyüşürdülər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Onlar torpaqlarımızın azadlığı üçün öz torpaqları kimi döyüşüblər”, - qurum rəhbəri vurğulayıb.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya Ukrayna ilə müharibədə Rusiyaya dəstək məqsədilə ötən ilin payızında bu ölkəyə 12 minlik canlı qüvvə göndərib.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi aprelin 19-da ilk dəfə Şimali Koreya hərbçilərinin ölkəsi tərəfindən döyüşlərə qatıldığını etiraf etmişdi.